|
“AZTEXNIKA” MMC
2006-ci ildə yaradilmış “Aztexnika” MMC əsasən nəqliyyat, inşaat, yol tikintisi, qida və qablaşdırma və xidmət sektorları üzrə dünya miqyasında aparıcı şirkətlərin Azərbaycandakı ekskluziv təmsilçisi kimi fəaliyyət göstərir. Hazırda şirkət aşağıdakı dunyaca məhşur brendlərin ölkəmizdəki rəsmi dileridir:
“MACK Trucks, Inc.” – ağır yükdaşıyan və beton qarışdırıcı avtomobillər və traktor treylerlər və onların ehtiyyat hissələri;
"VOLVO Construction Equipment" - yoltikinti, mədənçıxarma texnikası və onların ehtiyyat hissələri;
"VOLVO Trucks" - ağır yükdaşıyan və beton qarışdırıcı avtomobillər və traktor treylerlər və onların ehtiyyat hissələri;
“ASTEC AGGREGATE & MINING GROUP” – mobil və stasionar çınqıl zavodları və onların ehtiyyat hissələri;
“ASTEC Asphalt Group” - mobil və stasionar asfalt zavodları;
"ASTEC Underground, Inc"- oyaq açan maşınlar, istiqamətlənmiş burğular, qaya sındıran yol şaxtası və s.
Aztexnikann baş əlaqələndirici ofisi Bakı şəhəri Bakıxanov, 6 ünvanındakı Bridge Plazada yerləşir. Mack yuk avtomobillərinin Texniki Servis və Baxış Məntəqəsi isə Yeni Yasamal, Xarici Dairəvi 1 ünvanında qurulmuşdur. Bundan əlavə, şirkətimiz artıq Xırdalan zonasında tikiləcək Bakıda ən böyük Texniki Servis və Baxış Mərkəzinin planının tamamlanması üçün xarici mutəxəssislər cəlb etmişdir. Sözügedən mərkəz Şirkətimizin yaxın gələcəkdə öz müştərilərini salamlaması, onların problemlərini həll etməsi və müştərilərin məhsullarımızla bağlı suallarını cavablandırması üçün əvəzedilməz Aztexnika məkanı olacaqdır.
|